58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında Azərbaycanı təmsil edəcək komanda üzvləri müəyyən olunub.
Təhsil İnstitutundan 525.az-a bildirilib ki, Kimya-biologiya təmayüllü respublika liseyinin X sinif şagirdləri Ümid Mustafazadə və Murad Xəlilzadə, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi Rizvan Əsədov və XI sinif şagirdi Nihad Hacızadə olimpiadada ölkəmizi təmsil edəcəklər. Olimpiadaya hazırlıq dərsləri davam edir.
Qeyd edək ki, milli komanda üzvləri institutun Təhsil Texnologiyaları Mərkəzində keçirilən imtahanın nəticələrinə görə seçiliblər.
Sevinc Qarayeva