525.Az

Baydenə etiraz edən 50-yə yaxın şəxs saxlanılıb


 

Baydenə etiraz edən 50-yə yaxın şəxs saxlanılıb<b style="color:red"></b>

ABŞ Prezidenti Co Baydenin Nyu-Yorkda proqramından əvvəl ona etiraz edən təxminən 50 Fələstin tərəfdarı saxlanılıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, yüzlərlə etirazçı Manhettendə Rokfeller Plaza binasında NBC telekanalının foyesinə basqın edərək, Baydenin amerikalı komediyaçı Set Meyersin proqramında iştirakına mane olmağa çalışıb.

NBC-nin binasının foyesində oturaq etiraz aksiyası keçirən, əksəriyyəti yəhudi əsilli Fələstin tərəfdarları, Qəzzada soyqırımda ittiham olunan İsrailə qarşı “dərhal atəşkəs”ə və Baydenə ABŞ-nin dəstəyini dayandırmağa çağırıblar. 

Malik Atilay

 





27.02.2024    çap et  çap et