525.Az

Burundidə silahlıların hücumu nəticəsində 9 nəfər ölüb


 

Burundidə silahlıların hücumu nəticəsində <b style="color:red">9 nəfər ölüb</b>

Burundinin qərbindəki Cibitoke əyalətində silahlı qrupun hücumu nəticəsində 9 nəfər həyatını itirib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Qanunun Aliliyi Uğrunda Müqavimət Hərəkatı (Red-TABARA) adlı üsyançı qrup Cibitoke əyalətinin Burinqa şəhərinə hücum edib.

Hücumda 6 qadın və 3 əsgər həyatını itirib, yaralanan 5 mülki vətəndaş isə bölgə xəstəxanalarına aparılıb.

24 dekabr 2023-cü ildə Bujumbura əyalətinin Qatumba kəndində Red-TABARA adlı qrupun hücumu nəticəsində 20 mülki vətəndaş həyatını itirib.

Qeyd edək ki, əvvəlki prezident Pyer Nkurunzizanın 3-cü dövr prezidentliyə namizədliyinə etiraz edən burundililərin qurduğu Red-TABARA hərəkatı ölkədə demokratik, azad, əhatəli və şəffaf seçkilər keçirilənə qədər mübarizəsinin davam edəcəyini bildirib.

Malik Atilay

 





27.02.2024    çap et  çap et