Konqo Demokratik Respublikasında ordu ilə üsyançı qruplar arasında qarşıdurmalar səbəbindən bir həftə ərzində Qoma bölgəsində təxminən 135 min insan köç edib.
525.az xəbər verir ki, Norveç Qaçqınlar Şurasının (NRC) verdiyi açıqlamada Konqodakı qarşıdurmaların mülki şəxslərə mənfi təsir göstərdiyi bildirilib.
Açıqlamada ordu ilə silahlı qruplar arasında davam edən qarşıdurmalar səbəbindən Qoma bölgəsində fevralın ilk həftəsində təxminən 135 min insanın köç etmək məcburiyyətində qaldığı paylaşılıb.
Açıqlamada insanların bölgədə aclıq səbəbindən həyatını itirməsinin narahat edici olduğu bildirilib və qarşıdurmalar səbəbindən ərzaq məhsullarının əldə edilməsində çətinliklərin olduğu qeyd edilib.
Məhəmməd Tağıyev
çap et