525.Az

Antarktikada quş qripi aşkar edilib


 

Antarktikada quş qripi aşkar edilib<b style="color:red"></b>

Alimlər Antarktida materikində ilk dəfə olaraq quş qripinin aşkar edildiyini açıqlayıb.

525.az xəbər verir ki, Argentinanın Antarktika elmi-tədqiqat stansiyası Primavera Bazasının alimləri ölmüş iki kütdimdik quşunu tədqiq ediblər.

Belə ki, alimlər quş qripinin (H5N1) iki kütdimdikdə müşahidə edildiyinə diqqət çəkərək, bunların Antarktika materikində ilk hallar olduğunu qeyd ediblər.

Qeyd edək ki, "H5N1" adlı quş qripi səbəbiylə 2021-ci ildən bəri milyonlarla quş tələf olub.

Məhəmməd Tağıyev

 





27.02.2024    çap et  çap et