525.Az

Peruda fövqəladə vəziyyət elan edilib


 

Peruda fövqəladə vəziyyət elan edilib<b style="color:red"></b>

Peruda son həftələrdə artan dang qızdırması hallarına görə fövqəladə vəziyyət elan edilib.

525.az xəbər verir ki, Səhiyyə Nazirliyi bu ilin 7 həftəsində qeydə alınan dang qızdırması hallarının ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artdığını açıqlayıb.

Səhiyyə ekspertləri elan edilmiş fövqəladə vəziyyətin hökumətin maliyyə dəstəyini köçürməsini və tibb işçilərinin təsirlənmiş ərazilərə göndərilməsini asanlaşdıracağını bildirib.

Qeyd edək ki, fövqəladə vəziyyət paytaxt Lima və 24 bölgəni əhatə edəcək.

Məhəmməd Tağıyev

 





27.02.2024    çap et  çap et