ABŞ-nin keçmiş prezidenti Donald Tramp ona, övladlarına və şirkətlərinə qarşı açılan və təxminən 454 milyon dollar məbləğində cərimələndiyi fırıldaqçılıq işindən apellyasiya şikayəti verib.
525.az xəbər verir ki, Trampın vəkilləri Apellyasiya Məhkəməsinə müraciətlərində təzminat qərarına etiraz ediblər.
Belə ki, vəkillər apelyasiya şikayətində hökmü çıxaran hakim Artur Enqoronun "vəzifə səlahiyyətlərindən sui-istifadə edib-etməməsi", "səlahiyyətlərini aşması" və "qərarda hüquqi və ya faktiki xəta olub-olmamasının" araşdırılmasını istəyib.
Qeyd edək ki, Enqoronun tətbiq etdiyi təxminən 355 milyon dollarlıq cərimə faizlə birlikdə təxminən 454 milyon dollara yüksəlib.
Məhəmməd Tağıyev
çap et