https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

"Prezidentin zəngi mənə yüksək motivasiya verdi" - Qurban Qurbanov

"Prezidentin zəngi mənə yüksək motivasiya verdi"  - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin "Anadolu" dövlət agentliyinə müsahibə verib.

QOL.az xəbər verir ki, 52 yaşlı mütəxəssis əvvəlcə "Qarabağ"ın gəlişindən danışıb. O qeyd edib ki, komandanı qəbul edərkən "Qarabağ" klubunun sahibi Abdolbari Gozal ona "Mən Heydər Əliyevə bu komandanı Avropada tanıtdıracağıma söz vermişəm" sözlərini, bunun onda böyük motivasiya yaratdığını söyləyib: "Faəliyyətimizə bu motivasiya ilə başladıq. İlk ilimdə çempion ola bilməsək də, Azərbaycan kubokunu qazandıq. UEFA-da pley-off-a qədər gələ bildik (Avropa Liqasının təsnifat mərhələsinin pley-off-u - red.). Bu, həmin dövr üçün böyük uğur idi".

Q.Qurbanov Avroliqanın pley-off mərhələsinə vəsiqə qazandıqlarından sonra Prezident İlham Əliyevin ona zəng vurduğunu, bunun onda yüksək motivasiya yaratdığını söyləyib (bu zəng 2009-cu ildə, "Qarabağ" üçüncü mərhələdə "Honka"nı (Finlandiya) keçib pley-off-a vəsiqə qazandıqdan sonra edilmişdi - red.).

Q.Qurbanov daha sonra deyib: "Qarabağ" adı azərbaycanlılar üçün böyük önəm daşıyır. Bu adı yaşatmaq üçün klub rəhbərliyi ilə yaxşı işlər həyata keçirdik. Çox şükür ki, onun nəticələrini indi görürük. Məsuliyyətlə və ürəkdən çalışırıq".

Təcrübəli məşqçi komandanın legionerlərinə də Qarabağ adının önəmini anlatdıqlarını deyib: "Bizim əsas motivasiyamız komandamızın adı olan "Qarabağ"dır. İkinci Qarabağ müharibəsindən sonra əcnəbi futbolçularımız bu adın önəmini daha yaxşı başa düşdü".

Q.Qurbanov Azərbaycan kubokunun 1/8 finalında MOİK-lə Xankəndidə keçirilən oyuna da toxunub: "Bu, çox böyük gün idi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da qarşılaşmanı izlədi.  Şəhid övladları da oradaydı. Unudulmaz gün oldu".

O, Xankəndidəki oyunun işğaldan azad olunan bölgələrdə keçiriləcək matçların başlanğıcı olduğunu söyləyib: "Ağdamda stadion tikiləcək. Komandamız da yekunda ora dönəcək".

Q.Qurbanov "Qarabağ" komandasına Türkiyədən də böyük maraq olduğunu bildirib: "Mən bir azərbaycanlı, türk oğlu olaraq onlara (türk xalqına) təşəkkür edirəm. Biz həqiqətən qardaşıq və hər zaman bir-birimizin yanında olmuşuq - həm sevincli, həm də kədərli günlərimizdə. Türk xalqına böyük hörmətim və inamım var. Bizi öz komandaları olaraq görürlər. Səfər oyunlarımızda çoxlu sayda türk azarkeş bizi dəstəkləyir".

Ağdam klubunun baş məşqçisi Avropa Liqasının 1/8 finalında Almaniya təmsilçisi "Bayer"lə keçirəcəkləri oyuna da toxunub: "Güclü rəqiblə qarşılaşacağıq. "Bayer"i tanıyırıq. Qrup oyunlarında üz-üzə gəldik, hər iki oyunda da uduzduq. Avropanın ən yaxşı komandalarından biridir. Belə komandaların Azərbaycana gəlməsinin bizdə futbolun sevilməsinə böyük faydası dəyəcək. Güclü rəqib olsa da, biz məmnunuq. Yenə böyuk komandaya qarşı oynayacağıq. Futbolçularımız o böyük futbolu, sürəti və dinamizmi hiss edəcək. Azarkeşlər də oyundan zövq alacaqlar. Uduza bilərik. Amma meydanı mübarizə aparmadan tərk etmərik". 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.