525.Az

Şəhərin merliyinə namizəd 2 nəfər bir neçə saat fərqlə öldürüldü


 

Şəhərin merliyinə namizəd 2 nəfər bir neçə saat fərqlə <b style="color:red">öldürüldü</b>

Meksikanın mərkəzi Maravatio şəhərinin meri vəzifəsinə namizəd olan iki nəfər bir neçə saat fərqlə öldürülüb.

525.az xarici mediaya istinadən xəbər verir ki, mühafizəkar Milli Fəaliyyət Partiyasından (PAN) Armando Peres və hakim sol təmayüllü Morena partiyasından Migel Anxel Reyes şəxsi avtomobillərində güllələnərək öldürülüb.

Peres bazar ertəsi axşam, Reyes isə bir neçə saat əvvəl həkim işlədiyi xəstəxananın yaxınlığında tapılıb.

Meksika Prezidenti Andres Manuel Lopez Obrador çərşənbə axşamı gündəlik mətbuat konfransında qətlləri "bədbəxt hadisə" adlandırıb.

Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.

Qeyd edək ki, 2006-cı ildən bəri Meksikada 80-dən çox bələdiyyə sədri və mer mütəşəkkil cinayətkar dəstələr tərəfindən öldürülüb.

Malik Atilay

 





28.02.2024    çap et  çap et