525.Az

Ötən il Cənubi Afrikada 499 kərgədan öldürülüb


 

Ötən il Cənubi Afrikada 499 kərgədan öldürülüb<b style="color:red"></b>

Nəsli kəsilmək təhlükəsi altında olan kərgədan növlərinin ən yaxşı qorunduğu ölkələrdən biri olan Cənubi Afrika Respublikasında ötən il 499 kərgədan qiymətli buynuzlarına görə brakonyerlər tərəfindən kəsilib.

525.az xarici mediaya əsasən xəbər verir ki, Cənubi Afrikanın Ətraf Mühit Naziri Barbara Kreysi verdiyi açıqlamada kərgədan növünün yaşamasını təmin etmək üçün görülən bütün tədbirlərə baxmayaraq, keçən il kərgədan brakonyerliyində artım olduğunu bildirib.

Qeyd edək ki, Kreysi, 2023-cü ildə brakonyer tərəfindən öldürən kərgədanların sayının əvvəlki ilə nisbətən 51 ədəd artaraq 499-a çatdığı məlumatını paylaşıb.

Malik Atilay

 





28.02.2024    çap et  çap et