525.Az

Süni intellekt vasitəsi ilə istehsal edilən ilk cizgi film


 

Süni intellekt vasitəsi ilə istehsal edilən <b style="color:red">ilk cizgi film</b>

Süni intellekt vasitələri ilə hazırlanan ilk cizgi film Çində tamaşaçı ilə görüşüb.

525.az xarici KİV-ə əsasən xəbər verir ki, dövlət televiziya və radiolarının daxil olduğu China Media Group (CMG) tərəfindən Şanxay Süni İntellekt Laboratoriyası (SAIL) ilə əməkdaşlıq çərçivəsində istehsal olunan "Qianqiu Shisong" adlı 26 seriyalı cizgi filminin ilk bölümü dünən yayımlanıb.

İncəsənət dizaynından animasiya və post-produksiya proseslərinə qədər süni intellektlə hazırlanan cizgi filmi serialı bu mənada ölkədə bir ilkdir.

SAIL-in WeChat hesabında edilən açıqlamada, filmin istehsalında CMG-nin vizual və audio arxivinin məzmunu ilə öyrədilmiş "CMG Media GPT" adlı məhsuldar süni intellekt modelindən istifadə edilib.

Klassik Çin poeziyasının məşhur əsərlərinin arxa plan hekayələri ilə izah edildiyi 7 dəqiqəlik 26 seriyadan ibarət cizgi filmində qədim dövrlərə aid səhnələrin və personajların dizayn və animasiyaları dövrün klassik Çin mürəkkəb rəsmlərinə uyğun olaraq yaradılıb.

Qeyd edək ki, istehsalda ABŞ-nin məhsuldar süni intellekt tərtibatçısı OpenAI tərəfindən işə salınan mətndən video istehsal edən Sora-ya bənzər vasitələrdən istifadə edilib.

Malik Atilay

 





28.02.2024    çap et  çap et