Meksikada Popokatepetl vulkanının aktivləşməsindən sonra bəzi aviaşirkətlər uçuşları təxirə salmalı olub.
525.az xəbər verir ki, Meksikanın Milli Fəlakətin Qarşısının Alınması Mərkəzi Popokatepetl vulkanının 77 dəfə kül səpməsindən sonra lazımi tədbirlərin görülməsi üçün "ikinci səviyyə" həyəcan siqnalı verildiyini bildirib. Belə ki, duman və kül səbəbiylə bəzi aviaşirkətlər paytaxt Mexikodakı Benito Xuarez Beynəlxalq Hava Limanında uçuşları təxirə salıb.
Milli Mülki Mühafizə Koordinasiya Ofisindən verilən açıqlamada vulkandan yağan tüstü və külün hələlik bölgəyə yaxın şəhərlərin sakinləri üçün risk daşımadığı, lakin vulkan fəaliyyətlərinin yaxından izlənəcəyi qeyd edilib.
Məhəmməd Tağıyev
çap et