Koreya Respublikası tibb fakültəsi tələbələrinin sayının artırılması təşəbbüsünə etiraz edən minlərlə təcrübəçi həkimi istefaya təşviq etmək və yönləndirmək iddiası ilə Koreya Tibb Assosiasiyası (KMA) və Koreya Pediatriya Assosiasiyasından 5 nəfərə qarşı istintaq başladılıb.
525.az xəbər verir ki, Səhiyyə və Rifah Nazirliyi KMA-nın Fövqəladə Hallar Komitəsinin sədrini, KMA rəhbərliyinin digər iki üzvünü, KMA-nın keçmiş prezidentini və Koreya Pediatriya Assosiasiyasının prezidentini təcrübəçi həkimləri istefa verməyə təşviq etməklə günahlandırıb.
Seul Böyükşəhər Polis Agentliyinin ictimai cinayətləri araşdıran bölməsi, 5 nəfərə qarşı başladılan istintaqla nazirliyin irəli sürdüyü ittihamları araşdırmaq üçün hərəkətə keçib.
Məhəmməd Tağıyev