525.Az

Ukraynada ispan əsgərləri olmayacaq - İspaniya XİN


 

Ukraynada ispan əsgərləri olmayacaq - <b style="color:red">İspaniya XİN</b>

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Fransa prezidenti Emmanuel Makronun gündəmə gətirdiyi Ukraynaya qoşun yeridilməsi ehtimalına qarşı çıxıb.

525.az xəbər verir ki, Albares İspaniya parlamentindəki hökumətə suallar iclasındakı çıxışında: "Təbii ki, Ukraynada ispan əsgərləri olmayacaq. Çünki biz sülh istəyirik. İspaniya hökuməti Qəzzada da eyni şeyi istəyir. Sülh və beynəlxalq hüquqlara hörmət", - deyib.

Qeyd edək ki, Albares İspaniyanın İsrailə silah ixracı üçün heç bir yeni lisenziya vermədiyini vurğulayıb.

Məhəmməd Tağıyev

 





28.02.2024    çap et  çap et