525.Az

Rusiya XİN Zelenskinin Ermənistana mümkün səfərinə münasibət bildirib


 

Rusiya XİN Zelenskinin Ermənistana mümkün səfərinə münasibət bildirib<b style="color:red"></b>

Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri ilk növbədə Ermənistan və Ukraynanın diplomatik qurumları tərəfindən təsdiqlənməlidir.

525.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə "News.ru"nun sualını cavablandırarkən deyib.

"İlk növbədə, bu iki dövlət buna münasibət bildirməlidir", - o vurğulayıb.

Xatırladaq ki, fevralın 23-də Ermənistanın “Faktor TV” nəşri mənbələrinə istinadən V.Zelenskinin Ermənistana səfərinə hazırlıq barədə məlumat yayıb. Bildirilmişdi ki, səfərin vaxtı hələ müəyyən edilməyib, lakin güman ki, bu, mart ayında baş tutacaq.

 





28.02.2024    çap et  çap et