525.Az

Misir Prezidenti Qəzzada tezliklə atəşkəs olacağını elan edib


 

Misir Prezidenti Qəzzada tezliklə atəşkəs olacağını elan edib<b style="color:red"></b>

Qəzza zolağında münaqişə tərəfləri tezliklə atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gələcəklər.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi bildirib.

“Yaxın bir neçə gün ərzində atəşkəsin tətbiqi ilə bağlı razılıq əldə edəcəyik”, - o deyib.

EFE qeyd edir ki, İsrail və HƏMAS nümayəndələri arasında danışıqlar Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Dohada aparılır.

 





28.02.2024    çap et  çap et