Bu gün Misli Premyer Liqasının 23-cü turundan təxirə salınan “Qəbələ” – “Qarabağ” matçı oynanılıb.
525.az xəbər verir ki, görüş Qəbələ şəhər stadionunda keçirilib. Qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu, "Qəbələ"nin yeni baş məşqçi Kaxaber Sxadadzenin rəhbərliyi altında ilk oyunu olub.
Qeyd edək ki, "Qarabağ" bu qələbə ilə xalını 57-ə çatdırıb və ən yaxın izləyicisi "Sumqayıt"la (36 xal) xal fərqini 21-ə yüksəldib.
19:00. “Qəbələ” – “Qarabağ” - 0:4
Qollar: Adama Diakabi, 47, Riçard Almeyda, 59-pen. Nəriman Axundzadə, 65, Marko Yankoviç, 80
Qırmızı vərəqə: Feras Abu Akal, 52 ("Qəbələ")
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Bayramov