"Braziliya Azərbaycanla münasibətləri daha da yaxınlaşdırmaqda maraqlıdır".
525.az xəbər verir ki, bu barədə Braziliya Prezidenti Luiz İnasio Lula da Silvanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd olunub.
Dövlət başçısı məktubunda Braziliya və Azərbaycan arasında dostluq əlaqələrinin iki ölkə xalqının rifahı naminə beynəlxalq miqyasda da dərinləşməkdə davam edəcəyinə ümidvar olduğunu bildirib:
"Fürsətdən istifadə edərək Azərbaycana bu il COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərimi çatdırıram. Ölkələrimiz arasında əməkdaşlıq “Üçlük” - Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliya çərçivəsində “1.5 dərəcə Selsi missiyası” istiqamətində xüsusilə aktual olacaq. Braziliya ilə Azərbaycan arasında münasibətlərin daha da yaxınlaşmasında maraqlı olduğumu bir daha bildirirəm".