"AMEA-nın Qarabağ elmi bölməsinin yaradılması zərurəti var".
525.az APA-ya istinadən xəbər verir ki, bunu AMEA-nın Ümumi yığıncağında Akademiyanın prezidenti akademik İsa Həbibbəyli deyib.
“Yəqin ki, irəlidə bununla bağlı mütləq addım atılacaq. Çünki artıq siz bilirsiniz ki, bizim Qarabağ Universitetimiz fəaliyyətdədir”, - o bildirib.