"1 milyon 200 min məhkəmə qərarı icrasını gözləyir".
525.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində komitə sədri Zahid Oruc deyib.
Komitə sədri bildirib ki, bu, çox böyük rəqəmdir: "Bu, dövlətin adından çıxarılmış qərardır. Vətəndaş görürsə ki, dövlət adından çıxan qərar icra olunmur, alternativ yollar axtarır. Özəl icra qurumlarının yaradılması təklif edilirdi, bunu etmək mümkün idi. O zaman bu qədər qərar ayları, illəri gözləməzdi".