Çadın paytaxtı Ncamena şəhərində təhlükəsizlik qüvvələrinə qarşı edilən hücumda çox sayda insan həyatını itirib.
525.az xəbər verir ki, Çadın rabitə naziri Abderaman Kullamalah mətbuata verdiyi açıqlamada səhər saatlarında Milli Dövlət Təhlükəsizlik Təşkilatına silahlı hücum olduğunu bildirib. Hücumda çox sayda insanın həyatını itirdiyini deyən Kullamalah, ölənlərlə bağlı məlumat verməyib.
Hücumla bağlı istintaq başladıldığını bildirən Kullamalah, vəziyyətin tamamilə nəzarət altına alındığını və cinayətkarların tutulduğunu açıqlayıb.
Məhəmməd Tağıyev
çap et