525.Az

Qəzzanın qanı ABŞ administrasiyası və Konqres üzvlərinin əlindədir - Amerikalı yəhudi fəal


 

Qəzzanın qanı ABŞ administrasiyası və Konqres üzvlərinin əlindədir - <b style="color:red">Amerikalı yəhudi fəal</b>

Amerikalı yəhudi fəal və müharibə əleyhdarı "CodePink" qeyri-hökumət təşkilatının yaradıcısı Medea Benyamin İsrailin Qəzzada etdiklərini soyqırım adlandırıb.

525.az xəbər verir ki, paytaxt Vaşinqtonda etiraz aksiyası keçirən çox sayda fələstinli tərəfdarına imza verən müharibə əleyhdarı "CodePink" təşkilatının qurucusu Benyamin hiss və düşüncələrini bölüşüb.

Benyamin: "ABŞ qüdrətli ölkədir və indiyə qədər heç vaxt məsuliyyət daşımayıb. ABŞ İraqda, Əfqanıstanda və Əbu Qreyb həbsxanasında törətdiyi əməllərə görə də məsuliyyət daşımayıb. Mən bir ABŞ vətəndaşı kimi hökumətimin öz hərəkətlərinə görə cavabdeh olmasını istəyirəm. Bayden administrasiyasına səslənirəm, Qəzzada etdikləriniz üçün utanın. Bu administrasiyanın və Konqres üzvlərinin əlləri qanlıdır", - deyib.

Məhəmməd Tağıyev

 





29.02.2024    çap et  çap et