525.Az

İsrail Baş Qərargah rəisi: "Hizbullah" ağır bədəl ödəməlidir


 

İsrail Baş Qərargah rəisi: "Hizbullah" ağır bədəl ödəməlidir<b style="color:red"></b>

İsrail Baş Qərargah rəisi Herzi Halevi "Livandakı Hizbullah"ın döyüşə girməyə qərar verdiyini və bunun əvəzini ağır ödəməli olduğunu bildirib.

525.az xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusundan verilən açıqlamaya görə Halevi: "Buraya yerləşdirilən qüvvələr düşməni müşahidə edir və hücuma keçir. Biz deyirik ki, Hizbullah oktyabrın 7-də axşam saatlarında müharibəyə qatılmaq qərarına gəlib", - deyib.

Livan sərhədində kəşfiyyat toplanmasının gücləndirilməsi lazım olduğunu bildirən Halevi: "İlk növbədə düşməni ciddi qəbul edib burada güclü bir maneə yaratmalıyıq", - deyə vurğulayıb.

Halevi Livan sərhədində "Hizbullah"ın olmadığını müdafiə edib və bildirib ki, doğru yol izlənərsə, Livan sərhədindən evakuasiya edilən mühacirlər geri qayıda bilərlər.

İsrail ordusunun radiosu Livan ərazisindən İsrailin şimalına 20 raket atıldığını bildirib.

Qeyd edək ki, "Hizbullah"ın yazılı açıqlamasında, Çermek dağının zirvəsində yerləşən Meron Hərbi Hava Nəzarət Bazasına çoxlu zirehli deşici raketlərin atıldığı bildirilib.

Malik Atilay

 





29.02.2024    çap et  çap et