Cənubi Amerika ölkəsi Boliviyada leysan yağışların yaratdığı sel və torpaq sürüşmələri minlərlə insana mənfi təsir göstərib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Milli Hidrologiya və Meteorologiya Xidmətinin (Senamhi) verdiyi açıqlamada yağışların davam edəcəyi gözlənilən bəzi bölgələrdə "qırmızı həyəcan" elan edildiyi bildirilib.
La Paz başda olmaqla bir çox şəhərdə yağan leysan yağışları nəticəsində çaylar daşıb, onlarla evi su basıb.
Təsirə məruz qalan ərazilərə mülki müdafiə qrupları göndərilməklə yanaşı, hərbi hissələr də göndərilib.
Yağışlar mövsümünün başladığı noyabrdan indiyədək 206 evə ziyan dəyib, 37 nəfər isə həyatını itirib.
Qeyd edək ki, mülki müdafiənin məlumatına görə, 12 min 772 nəfər daşqın və sürüşmələrdən “son dərəcə” mənfi təsirə məruz qalıb.
Malik Atilay
çap et