525.Az

Norveç kralı Malayziyada xəstəxanaya yerləşdirilib


 

Norveç kralı Malayziyada xəstəxanaya yerləşdirilib<b style="color:red"></b>

Norveç kralı V Harald tətil zamanı yoluxduğu infeksiyaya görə Malayziyada xəstəxanaya yerləşdirilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, kral ailəsi 87 yaşlı Kral Haraldın sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.

"Əlahəzrət Malayziyada tətili zamanı xəstələnib və infeksiya ilə xəstəxanaya yerləşdirilib", - açıqlamada Kral Haraldın Malayziya və Norveç tibb işçiləri tərəfindən yaxından izləndiyi bildirilib.

Malik Atilay

 





29.02.2024    çap et  çap et