Çərşənbə günü, fevralın 28-də Norveçin qərbində 6 nəfərin olduğu helikopterin okeana düşdüyü və helikopterdə olanların hamısının daha sonra okeandan çıxarıldığı açıqlanıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, bölgənin ən böyük xəstəxanası olan Haukeland Universiteti Xəstəxanası, qəzadan təsirlənən altı xəstənin hamısının müalicə edildiyini, lakin onların sağlamlıq vəziyyətinin hazırda bəlli olmadığını bildirib.
Polis sözçüsü jurnalistlərə açıqlamasında helikopterin Sikorsky S-92 modeli olduğunu və qəza zamanı axtarış-xilasetmə təlimi missiyasında olduğunu bildirib və əlavə edib ki, qəzaya nəyin səbəb olduğu barədə açıqlama vermək üçün hələ tezdir.
Qeyd edək ki, xilasetmə xidmətinin rəsmisi TV2 telekanalına bildirib ki, qəza zamanı bölgədə güclü külək olub.
Malik Atilay
çap et