525.Az

Ekvadorda yük maşınında 7 nəfərin cəsədi tapılıb


 

Ekvadorda yük maşınında 7 nəfərin cəsədi tapılıb<b style="color:red"></b>

Cənubi Amerika ölkəsi Ekvadorun Orellana əyalətində yük maşınında 7 nəfərin cəsədi tapılıb.

525.az xarici KİV-ə istinadən bildirir ki, əyalətin Joya de los Sachas qəsəbəsində məlumat üzərinə yük maşınında axtarış aparan polis 7 nəfərin cəsədini tapıb.

Araşdırmalar nəticəsində sözügedən şəxslərin güllələnərək öldürüldüyü müəyyən edilib.

Orellana ştatının polis rəisi Henri Koral açıqlamasında məsuliyyət daşıyanların tutulması üçün genişmiqyaslı əməliyyatların aparılacağını bildirib.

Qeyd edək ki, dövlət prokurorluğu da hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Malik Atilay

 





29.02.2024    çap et  çap et