525.Az

Fransada təcili yardıma aparılan qadın xəstəxananın zibil qabında ölü tapılıb


 

Fransada təcili yardıma aparılan qadın xəstəxananın zibil qabında ölü tapılıb<b style="color:red"></b>

Fransada bir xəstəxananın təcili yardım xidmətinə aparılan demensiyadan əziyyət çəkən qadının itkin düşməsindən 2 gün sonra xəstəxananın zirzəmisində zibil konteynerində ölü tapılması reaksiyalara səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, demensiyadan əziyyət çəkən 85 yaşlı qadını fevralın 23-də qızı Klaudin Eks-en-Provensdəki xəstəxananın təcili yardım otağına gətirib.

Belə ki, fevralın 23-nə keçən gecə xəstəxanada itkin düşdüyü bildirilən yaşlı qadın fevralın 25-də həmin xəstəxananın zirzəmisində zibil konteynerində ölü halda qızı tərəfindən tapılıb.

Qeyd edək ki, Klaudin xəstəxananı təhlükəsizlik kameralarına giriş təmin etmədiyinə görə günahlandırır.

Məhəmməd Tağıyev

 





29.02.2024    çap et  çap et