525.Az

Sabirabad Gənclər Evinin növbəti qonağı yazıçı Dürdanə Ağayeva oldu


 

Sabirabad Gənclər Evinin növbəti qonağı yazıçı Dürdanə Ağayeva oldu<b style="color:red"></b>

Sabirabad Gənclər Evi sosial xidmət müəssisəsi gənclərin inkişafını dəstəkləmək üçün bir sıra layihələr icra edir. Bu layihələrdən biri də "Gənclik Üçün Danış" layihəsidir. Layihə çərçivəsində artıq dəfələrlə Gənclər evini cəmiyyətdə özünə ad qazanmış tanınmış şəxslər ziyarət edib öz həyat təcrübələrini və uğur hekayələrini gənclərlə paylaşıblar.

525.az xəbər verir ki, Sabirabad Gənclər Evində "Gənclik üçün danış" layihəsinin növbəti qonağı "8 Gün Xocalı Əsirliyində" kitabının müəllifi yazıçı Dürdanə Ağayeva olub.

Xocalıda telefon qovşağında telefonçu kimi çalışan Dürdanə xanım həyatına silinməz izlər qoyan hadisənin dəhşətindən danışıb, 8 gün əsrlik müddətində yaşadığı "cəhənnəm"i Sabirabad gəncləri ilə bölüşüb. O bildirib ki onun qəlbi hazırda çox rahatdır, çünki artıq haqqımız olan torpaqlar geri qayıdıb, Xocalıda baş verən faciənin, sönən həyatların intiqamı alınıb. Böyük Vətən müharibəsi qəhrəmanlarına, şəhidlərimizə və qazilərimizə minnətdarlığımızın sonsuz olduğunu bildirən Dürdanə xanım gənclərimizin vətənpərvər ruhda böyüməsindən çox təsirləndiyini və Vətən həsrətinin sona çatmasına görə qəlbinin sevinclə dolub daşdığını ifadə edib.

Dürdanə Ağayeva müəllifi olduğu "Erməni zindanında səkkiz gün" və "Xocalı şəhidləri 613" kitablarının təqdimatını edib və görüş bitdikdən sonra müəllifi olduğu kitabları Sabirabad Gənclər Evində fəaliyyət göstərən “Kitab kafe”yə hədiyyə edib.

 





01.03.2024    çap et  çap et