Kanadanın beynəlxalq inkişaf naziri Əhməd Hussen Qəzza zolağına humanitar yardımın ən qısa zamanda hava yolu ilə çatdırılması üçün çalışdıqlarını bildirib.
525.az xəbər verir ki, Hussen Ottavanın Qəzza zolağında fələstinlilərə yardım çatdırmaq üçün yeni variantları araşdırdığını bildirib.
Hussen keçən həftə verdiyi açıqlamada yardımın lazım olandan çox olduğuna diqqət çəkmiş və yoxlama prosesinin materialların hərəkətini yavaşlatdığını qeyd etmişdi.
Qeyd edək ki, Kanadanın 2023-cü il oktyabrın 7-dən etibarən mühasirədə olan bölgəyə yardımının 100 milyon Kanada dollarına çatacağı vurğulanıb.

Məhəmməd Tağıyev
çap et