525.Az

Banqladeşdə baş verən yanğında 43 nəfər ölüb


 

Banqladeşdə baş verən yanğında 43 nəfər ölüb<b style="color:red"></b>

Banqladeşin paytaxtı Dakka şəhərində bir binada baş verən yanğında 43 nəfər ölüb.

525.az xarici mediaya istinadən xəbər verir ki, səhiyyə naziri Samanta Lal Sen Dakkada 6 mərtəbəli binada baş verən yanğında 43 nəfərin öldüyünü, çox sayda insanın isə yaralandığını açıqlayıb.

Sen bildirib ki, yanğın Bailey Road bölgəsindəki binada baş verib. Nazir yanğınsöndürənlərin xilasetmə işlərinin və yaralıların müalicəsinin davam etdiyini bildirib.

Yanğınsöndürənlər yanğının binanın 1-ci mərtəbəsində yerləşən restoranda baş verdiyini və yanğın nəticəsində çoxlu insanın sıxışdırıldığını qeyd ediblər.

Xilasetmə qrupları 42-si huşsuz olan 75 nəfərin binadan xilas edildiyini bildirib.

Malik Atilay

 





01.03.2024    çap et  çap et