525.Az

Aİ-dən Qəzza üçün çağırış


 

Aİ-dən Qəzza üçün çağırış<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen İsrailin dünən Qəzzada yardım gözləyən fələstinlilərə hücumu məsələsini araşdırmağa çağırıb.

525.az xəbər verir ki, fon der Leyen dünən "X" hesabında İsrailin Qəzzada yardım gözləyən fələstinliləri hədəf alması ilə bağlı açıqlama verib.

Qəzzadan gələn görüntülərin dərindən narahatlıq doğurduğunu bildirən fon der Leyen, hadisənin araşdırılmasını və şəffaflığın təmin edilməsini istəyib.

Fon der Leyen həmçinin beynəlxalq hüquq normalarına uyğun olaraq mülki şəxslərin müdafiəsi və humanitar yardım çıxışı üçün çağırış edib.

Məhəmməd Tağıyev

 





01.03.2024    çap et  çap et