525.Az

Belçika Qəzzaya hava yolu ilə yardım edəcək


 

Belçika Qəzzaya hava yolu ilə yardım edəcək<b style="color:red"></b>

Belçika Qəzzaya hava yardımı edəcəyini və ləvazimat daşıyan ilk hərbi təyyarənin martın 4-də yola düşəcəyini açıqlayıb.

525.az xəbər verir ki, Belçika müdafiə naziri Ludivine Dedonder və inkişaf əməkdaşlıq naziri Karolin Gennez "X" hesablarında hava yardımı göndərməyə qərar verdiklərini açıqlayıb.

Müdafiə Nazirliyinin əməliyyatı öz üzərinə götürəcəyini bildirən Dedonder, kəşfiyyat qrupunun praktiki hazırlıq üçün İordaniyada olduğunu bildirib.

Məhəmməd Tağıyev

 





01.03.2024    çap et  çap et