Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin Ətraf Mühit Assambleyasının altıncı sessiyası çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesusla görüşüb.
525.az xəbər verir ki, bu barədə COP29 sosial şəbəkədə bildirib.
“COP29-un prezidenti Muxtar Babayev BMT-nin Ətraf Mühit Assambleyasının altıncı sessiyası çərçivəsində ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesusla görüşərək ictimai səhiyyə və səhiyyə sistemlərini yaxşılaşdırmaq üçün iqlim fəaliyyətinin önəmini müzakirə ediblər”, – paylaşımda qeyd olunub.
Xatırladaq ki, bu il Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının - COP29-un Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcək.