|
|
|
|
Qadın şahmatçılardan ibarət Azərbaycan və Gürcüstan milliləri arasında yoldaşlıq görüşü davam edir.
525.az xəbər verir ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığmamız IV turda rəqibi ilə heç-heçə edib.
Hesabat turunda üç partiya bərabərliklə yekunlaşıb. Millimizin heyətində Günay Məmmədzadə məğlub olduğu halda, Gövhər Beydullayeva qələbə qazanmağı bacarıb. Yekunda 4-cü tur 2,5:2,5 hesabı ilə başa çatıb.
V turda komandamızda üç şahmatçı ağ, ikisi qara fiqurlarla oynayacaq.
Qeyd edək ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır.