https://525.az/img/pics/medium/2024-04/309746_l5oll08txx.jpg Quran-i Kərim haqqında əsas məlumatlar və zəruri qeydlər
https://525.az/img/pics/medium/2024-04/309725_blmg545zwr.jpg "Ədəbiyyata daş kimi düşməyin tərəfdarıyam"
https://525.az/img/pics/medium/2024-04/309650_jvjak0v2m1.jpg Ömrün payızı
https://525.az/img/pics/medium/2024-04/309659_izeq2oz8q5.jpg “525-ci qəzet”in 10 aprel sayında nələr var? - ANONS
search
12 Aprel 2024

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu bürünc medal uğrunda yarışacaq

“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu bürünc medal uğrunda yarışacaq

Azərbaycan cüdoçusu Ömər Rəcəbli (81 kq) Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal uğrunda yarışacaq.

525.az "Report"a istinadən xəbət verir ki, 20 yaşlı idmançı finala yüksələ bilməyib.

Ardıcıl 4 rəqibini üstələyən cüdoçu yarımfinalda Avstriya təmsilçisi Şamil Borçaşviliyə məğlub olub. O, bürünc medal uğrunda görüşdə Mixaylo Svidrakla (Ukrayna) qarşılaşacaq.

Bu gün tatamiyə çıxan Azərbaycan millisinin digər cüdoçuları İbrahim Əliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq) və Aytac Qardaşxanlı (63 kq) uğursuz nəticə göstəriblər.

Qeyd edək ki, reqlamentə əsasən, yarışın qalibi 1000, ikincisi 700, üçüncü yeri tutanlar isə 500 reytinq xalı qazanırlar.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.