525.Az

İsraillə danışıqları davam etdirməyə hazırıq - HƏMAS


 

İsraillə danışıqları davam etdirməyə hazırıq - <b style="color:red">HƏMAS</b>

Fələstinin HƏMAS hərəkatı atəşkəs haqqında razılıq əldə olunarsa, vasitəçilərin iştirakı ilə İsraillə danışıqları davam etdirməyə hazırdır, lakin İsrail buna hazır deyil.

525.az Modern.az-a istinadən xəbər verir ki, bunu HƏMAS-ın Siyasi bürosunun rəhbərinin müavini Musa Əbu Marzuk bildirib.

“Əgər atəşkəs olarsa, danışıqlar (İsraillə - red.) olacaq, lakin birbaşa deyil, vasitəçilərin iştirakı ilə. Amma bizim prioritetimiz Qəzza zolağının bərpası, humanitar yardımın göstərilməsi və hər iki tərəfdən məhbusların azad edilməsidir. Bundan sonra biz vasitəçilər sayəsində danışıqlara başlaya bilərik”, - deyə Marzuk qeyd edib.

 





03.03.2024    çap et  çap et