525.Az

Şahbaz Şərif Pakistanın yeni Baş naziri oldu


 

Şahbaz Şərif Pakistanın yeni Baş naziri oldu<b style="color:red"></b>

Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Pakistanın yeni baş naziri seçilib.

525.az xəbər verir ki, bu barədə “PTV News” yazıb.

Parlamentin aşağı palatasının yeni çağırış 336 deputatından 201-i Şahbaz Şərifin lehinə səs verib.

Onun Pakistan hökumətinin başçısı postu uğrunda mübarizədəki rəqibi - Milli Assambleyanın yeni çağırışının deputatlarına müstəqil namizəd kimi daxil olmuş Ədalət Uğrunda Hərəkat Partiyasının baş katibi Ömər Əyyub Xan cəmi 92 səs toplayıb.

 





03.03.2024    çap et  çap et