525.Az

Yeni Zelandiya sahillərində güclü zəlzələ


 

Yeni Zelandiya sahillərində güclü <b style="color:red">zəlzələ</b>

Sakit okeanda Yeni Zelandiyanın tərkib hissəsi olan Kermadek arxipelaqının cənubunda 5,4 bal gücündə zəlzələ baş verib.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.

Məlumata əsasən, zəlzələnin episentri Hiks-Bey şəhərindən 675 km şimal-şərqdə olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alan və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

 





03.03.2024    çap et  çap et