525.Az

Pakistanda leysan yağışları - 27 nəfər öldü


 

Pakistanda leysan yağışları - <b style="color:red">27 nəfər öldü</b>

Pakistanda leysan yağışlarının yaratdığı torpaq sürüşmələri nəticəsində azı 27 nəfər ölüb.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə Hayber-Paxtunxva əyalətinin fəlakətlərin idarə edilməsi şöbəsi feysbuk səhifəsində məlumat yayıb.

“Son dörd gün ərzində əyalətdə yağan yağışların yaratdığı torpaq sürüşmələri nəticəsində 27 nəfər ölüb, 38 nəfər yaralanıb”, - məlumatda deyilir.

Qeyd olunub ki, təbii fəlakət nəticəsində 33 ev dağılıb, daha 129 evə ziyan dəyib.

Hazırda fəlakət bölgəsində xilasetmə işləri davam etdirilir.

 





03.03.2024    çap et  çap et