525.Az

Avstriyanın keçmiş XİN rəhbəri Rusiyaya köçdü


 

Avstriyanın keçmiş XİN rəhbəri Rusiyaya köçdü<b style="color:red"></b>

Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Rusiyaya köçdüyünü bildirib.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Mən Rusiyaya köçdüm, çünki bu, həqiqətən azad ölkədir”, - Knaysl Ümumdünya Gənclər Festivalında bildirib.

Keçmiş nazir əlavə edib ki, Rusiyanın şərqində qalmaq üçün ev tikməyə hazırlaşır. Knaysl şəhər sakini olmadığını etiraf edib.

2023-cü ilin sentyabrında Avstriyanın keçmiş xarici işlər naziri Şərq İqtisadi Forumu çərçivəsində G.O.R.K.I mərkəzində işləmək üçün Sankt-Peterburqa köçməyi planlaşdırdığını söyləmişdi. O, bu mərkəzin təsisçisi və direktorudur.

 





03.03.2024    çap et  çap et