525.Az

Malatyada zəlzələ olub


 

Malatyada zəlzələ olub<b style="color:red"></b>

Türkiyənin Malatya şəhərinin Doğanşehir rayonunda 4,4 maqnitudalı zəlzələ olub.

525.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi bildirib.

Qurumun verilənlərinə əsasən, yeraltı təkanların episentri 7,31 km dərinlikdə olub. Təbiət hadisəsi yerli vaxtla 17:43-də (Bakı vaxtı ilə 18:43-də) qeydə alınıb.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Xatırladaq ki, ötən il fevralın 6-da ocağı Kahramanmaraş şəhəri olan şiddətli zəlzələlər nəticəsində ağır zərər çəkmiş bölgələr arasında Malatya da olub. Son məlumata görə, təbii fəlakət sonucunda Malatyada 1 393 nəfər ölüb, 10 minə yaxın insan yaralanıb.

 





03.03.2024    çap et  çap et