525.Az

Heydər Əliyev Mərkəzində dünyaşöhrətli pianoçu Alfredo Rodrigesin triosu ilə konserti olub


 

Heydər Əliyev Mərkəzində dünyaşöhrətli pianoçu Alfredo Rodrigesin triosu ilə konserti olub<b style="color:red"></b>

Martın 3-də Heydər Əliyev Mərkəzində dünyaşöhrətli pianoçu Alfredo Rodrigesin triosu ilə konserti olub.

525.az xəbər verir ki, konsertdə caz ritmləri ilə çıxış edən ifaçı dinamik improvizasiyaları və rəqsləri ilə dinləyicilərə təkrarolunmaz anlar yaşadıb.

Qeyd edək ki, tanınmış caz pianoçusu Alfredo Rodriges “Gremmi” mükafatı nominantıdır.

Kubalı cazmen ilk dəfə 2006-cı ildə İsveçrədə keçirilən nüfuzlu Montrö caz festivalında özünə diqqəti cəlb etməyi bacarıb. 2009-cu ildə Alfredo Rodriges Amerika Birləşmiş Ştatlarına köçüb və orada - cazın vətənində musiqinin bu janrının aparıcı ifaçılarından birinə çevrilib. Həmin vaxtdan Alfredo Rodriges sərhədsiz potensiala malik pianoçu kimi tanınır.

Xatırladaq ki, A.Rodriges 2023-cü ilin iyul ayında V Beynəlxalq Bakı Yay Caz Günlərində dünya turu çərçivəsində triosu ilə Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib. Kollektivin ifası bir çox maraqlı məqamlar, o cümlədən musiqiçilərin tamaşaçılarla rəqsləri ilə yadda qalıb.

 





04.03.2024    çap et  çap et