525.Az

Akademik Şahin Mustafayev Antalya Diplomatik Forumu 2024-də iştirak edib


 

Akademik Şahin Mustafayev Antalya Diplomatik Forumu 2024-də iştirak edib<b style="color:red"></b>

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev dünyanın 147 ölkəsindən nümayəndələrin bir araya gəldiyi Antalya Diplomatik Forumu (ADF) 2024-də iştirak edib.

525.az xəbər verir ki, tədbir Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi və  Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə baş tutub.

Üçüncü dəfədir keçirilən beynəlxalq forumda ənənəvi olaraq dövlət və hökumət başçıları, nazirlər, diplomatlar, iş adamları, akademiklər və beyin mərkəzlərinin nümayəndələri hərtərəfli fikir mübadiləsi aparmaq üçün bir araya gəliblər.

ADF 2024-ə 20-dən çox dövlət və hökumət başçısı, 90-a yaxın nazir, o cümlədən 60-dan çox XİN rəhbəri və 80-ə yaxın beynəlxalq təşkilat nümayəndəsi qatılıb.

“Böhranlar dövründə diplomatiyanın vurğulanması” mövzusunda keçirilən forum iqlim dəyişikliyi və miqrasiyadan ticarət müharibələrinə və süni intellektə qədər bir sıra mövzuları əhatə edib.

Humanitar dəhlizlərin müdafiəsi, diplomatik görüşlərin təşkili kimi məsələlərin müzakirə olunduğu ADF 2024 qlobal miqyasda dialoq və əməkdaşlığın təşviqi üçün mühüm platformadır.

 





04.03.2024    çap et  çap et