525.Az

İranda edamların sayı 43 faiz artıb


 

İranda edamların sayı 43 faiz artıb<b style="color:red"></b>

İranda 2023-cü ildə edam hökmlərinin icrasının sayı əvvəlki illə müqayisədə 43 faiz artıb.

525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman sonuncu hesabatında bildirib.

O, insan hüquqları üzrə 42 səhifəlik hesabatında vurğulayıb ki, 2023-cü ildə azı 834 nəfər edam olunub.

Qeyd edək ki, BMT-nin İnsan Hüquqları üzrə Şurasının 55-ci sessiyası fevralın 20-də başlayıb aprelin 6-dək davam edəcək.

Cavid Rəhman Britaniya-Pakistan vətəndaşıdır. O, London Brunel Universitetinin İslam və beynəlxalq hüquq professorudur.

 





04.03.2024    çap et  çap et