Zambiya Prezidenti Hakainde Hiçilema ölkə daxilində quraqlıq səbəbilə "milli fəlakət və fövqəladə vəziyyət" elan edib.
525.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Lusakada xalqa müraciətində Hiçilema təxminən 1 milyon hektar kənd təsərrüfatı sahəsinə ziyan vuran quraqlıq səbəbiylə "milli fəlakət və fövqəladə vəziyyət" elan edildiyini bildirib.
Beynəlxalq tərəfdaşları humanitar yardıma çağıran Hiçilema, iqtisadiyyatı və sənayeni ayaqda saxlamaq üçün hidroelektrik qaynaqlarındakı itkiləri enerji idxalı ilə ödəyəcəklərini bildirib.
Hiçilema, 1 milyondan çox ailənin quraqlıqdan mənfi təsirlənəcəyinə işarə edərək, kredit şirkətlərindən Zambiyanın borclarını yenidən strukturlaşdırmalarını istəyib.
Qeyd edək ki, xarici borclarını ödəyə bilmədiyi üçün defolta gedən Zambiyanın da Çin başda olmaqla bir çox kredit şirkətinə borcu var. Ötən həftə ölkədə aclıq təhlükəsi səbəbindən qarğıdalı və qarğıdalı ununun ixracı qadağan edilib.
Malik Atilay
çap et