Çin təyyarə istehsalçısı "AutoFlight" şəhərlər arasında qısa məsafəli sərnişin daşımaları üçün hazırlanmış elektrikli helikopterin (eVTOL) sınaq uçuşunu həyata keçirib.
525.az xarici mediaya istinadən xəbər verir ki, şirkətdən verilən məlumata görə, sınaq uçuşu ölkənin cənubundakı Quanqdon əyalətində İnci çayının iki fərqli tərəfində Sincan və Cuhay şəhərləri arasında “Rivaxt” adlı konseptual nəqliyyat vasitəsi ilə həyata keçirilib.
Şirkət 20 dəqiqə davam edən sınaq uçuşunun “dünyada ilk şəhərlərarası hava taksi xidməti” olduğunu bildirib.
Malik Atilay
çap et