525.Az

Liviya sahillərində 7 qeyri-qanuni immiqrantın cəsədi tapılıb


 

Liviya sahillərində 7 qeyri-qanuni immiqrantın cəsədi tapılıb<b style="color:red"></b>

Liviyanın şərqindəki Sirte şəhərinin sahillərində 7 qeyri-qanuni mühacir cəsədinin tapıldığı açıqlanıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Liviya Sahil Təhlükəsizliyi Baş İdarəsi tərəfindən verilən yazılı açıqlamada Sirte sahillərində tapılan qeyri-qanuni mühacirlərin cəsədləri ilə bağlı məlumat verilib.

Açıqlamada şəxsiyyətləri hələlik müəyyən edilməmiş 7 qeyri-qanuni immiqrantın cəsədinin Sirtenin Um əl-Kəndil bölgəsindəki çimərlikdə tapıldığı və immiqrantların cəsədlərinin İbn Cavad əyalətində xəstəxanaya təhvil verildiyi bildirilib.

Axtarışların davam etdiyi və məsələ ilə bağlı hüquqi proses başlanıldığı vurğulanıb.

Qeyd edək ki, Liviya Aralıq dənizi üzərindən qeyri-qanuni yollarla Avropaya getmək istəyən qeyri-qanuni miqrantlar üçün çıxış nöqtəsi olaraq görülür.

Malik Atilay

 





04.03.2024    çap et  çap et