525.Az

ABŞ ordusu Husilərə məxsus raketləri vurdu


 

ABŞ ordusu Husilərə məxsus raketləri vurdu<b style="color:red"></b>

ABŞ ordusu gəmi əleyhinə raketlər atmağa hazırlaşan Yəmənin Ənsar Allah hərəkatından husilərə qarşı iki zərbə endirib.

525.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

“ABŞ Mərkəzi Komandanlığı Qırmızı dənizə doğru atılmağa hazır olan altı mobil gəmi əleyhinə qanadlı raketə qarşı iki özünümüdafiə zərbəsi endirib”, - deyə məlumatda bildirilir.

"CENTCOM" həmçinin qeyd edib ki, raketlərə əlavə olaraq hərbçilər Qırmızı dənizin cənubunda pilotsuz uçan aparatı vurublar.

Qeyd edək ki, bundan əvvəl Husilər Avropanı Asiya ilə birləşdirən dörd dənizaltı kabel xəttinə zərbələr endiriblər. Kabellərin kəsilməsinin dünyanın iki hissəsi, xüsusən də Körfəz ölkələri və Hindistan arasında internet rabitəsinin kəsilməsinə səbəb olub.

Havar Şəfiyeva 

 





04.03.2024    çap et  çap et