525.Az

Bayden Trampı əməkdaşlığa çağırıb


 

Bayden Trampı əməkdaşlığa çağırıb<b style="color:red"></b>

ABŞ Prezidenti Co Bayden ölkənin keçmiş rəhbəri Donald Trampı sərhəd təhlükəsizliyi məsələsində əməkdaşlığa çağırıb.

525.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

“Cənab Trampa deyəcəyim budur: siyasət oynamaq, Konqres üzvlərini qanun layihələrinin qarşısını almağa inandırmaq əvəzinə, mənə qoşulun”, - Amerika lideri bildirib. 

Qeyd edək ki, Donald Tramp daha əvvəl ABŞ-nin ölmək üzrə olduğunu və sərhəddəki vəziyyətin fəlakətə çevriləcəyini bildirmişdi.

Havar Şəfiyeva
 

 





04.03.2024    çap et  çap et